İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusu Ukraynaya 110 PUA ilə hücum etdi

739 02.12.2024 11:13 Dünya A A


Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya ordusu ölkəyə qarşı genişmiqyaslı pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçiriblər.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Ukraynanın müxtəlif bölgələrində, o cümlədən Kiyev, Çerkassı, Çerniqov, Vinnitsa, Xmelnitski, Jitomir, Sumı, Poltava, Xarkov və Dnepropetrovsk vilayətlərində 52 PUA məhv edilib.

50 PUA radioelektron mübarizə vasitələrinin təsiri nəticəsində sıradan çıxıb.

Qeyd olunub ki, altı PUA Rusiya və Belarus istiqamətində uçuş edərkən qeydə alınıb, biri isə hələ havadadır.

Hazırda hadisə ilə bağlı məlumatlar dəqiqləşdirilir və yenilənir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR