İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Olimpiya Komitəsinin "Katyuşa" mahnısı ilə bağlı tələbi rədd edildi

567 13.03.2021 12:52 Dünya A A

Rusiya Olimpiya Komitəsi (OKR) Tokio və Pekin olimpiadalarında dövlət himni əvəzinə "Katyuşa" mahnısından istifadə edə bilməyəcək.

"Report" "Inside the Games" nəşrinə istinadən xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) OKR-in bu məsələ ilə bağlı tələbini rədd edib.

CAS dopinq qalmaqalı ilə bağlı Rusiya idmançılarının nüfuzlu beynəlxalq yarışlarda - olimpiya, paralimpiya oyunlarında, dünya çempionatlarında ölkə bayrağı və himni ilə çıxış etməsinə qadağa qoyub. Qadağa 2022-ci il 16 dekabradək qüvvədə olacaq. Rusiya təmsilçilərinin olimpiadalarda hansı marşdan istifadə edə biləcəyinə dair son qərarı Beynəlxalq Olimpiya Komitəsi verəcək.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 24 iyul - 9 avqust 2020-ci ildə keçirilməli idi. Lakin koronavirus pandemiyası ilə əlaqədar Oyunlar bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Pekindəki Qış Olimpiya Oyunları 2022-ci il 4 - 20 fevralda gerçəkləşəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR