İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya müxalifəti ölkənin Suriya münaqişəsində iştirakına qarşı mitinq keçirəcək

1367 08.11.2016 18:55 Dünya A A
Rusiyanın müxalifət partiyaları ölkə hərbçilərinin Suriyadakı münaqişədə iştirakına etiraz olaraq mitinq keçirmək üçün paytaxt Moskvanın meriyasına müraciət edib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, meriyaya təqdim olunan ərizədə aksiyanın noyabrın 20-də keçirilməsinin nəzərdə tutulduğu qeyd edilib. 

Mitinqin təşkilatçıları rəsmi qeydiyyata alınmayan “5 dekabr Partiyası”, Libertarian Partiyası, habelə “Solidarnost” və ”İnsan haqları uğrunda” təşkilatdır.

Məlumata görə, təşkilatçılar qeyd ediblər ki, Rusiyanın çoxsaylı daxili problemləri var və buna baxmayaraq müharibəyə həddən artıq vəsait sərf olunur. Müxalifət bildirib ki, Suriyaya ilk növbədə humanitar yardım göndərilməlidir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR