İnsanlara hürriyət, millətlərə istiqlal!

​Rusiya müharibə olacağı təqdirdə Ermənistandakı aviabazadan Türkiyəyə hücum edə bilər

1676 22.02.2016 23:00 Dünya A A

Rusiya Türkiyə ilə münaqişə olacağı təqdirdə Ermənistandakı "Erebuni" aviabazasında yerləşdirdiyi döyüş aviasiyasından istifadə edə bilər.

"Report" xəbər verir ki, bu barədə "Military Informant" nəşri yazıb.

Məlumata görə, Ermənistandakı mənbə ölkənin Rusiya və Türkiyə arasında baş verə biləcək mümkün münaqişəyə cəlb edilməsi təhlükəsinin olduğunu və bunun regionda arzuolunmaz nəticələrə gətirib çıxaracağını bildirib.

İrəvandakı aviabaza 1995-ci ildə formalaşdırılıb. 1998-ci ilin noyabrında ora "MiQ-29" qırıcıları göndərilib. Müxtəlif məlumatlara görə, hərbi aerodromda ondan çox Rusiya "MİQ-29"u var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR