İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya Müdafiə Nazirliyi sülhməramlıların ərazimizdən çıxarılmasını tezləşdirir”-ŞƏRH  

6624 15.01.2023 12:02 Siyasət A A

 

Rusiya Federasiyası Müdafiə Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında son məlumat bülletenində Azərbaycan yer adları yenə təhrif olunmuş şəkildə verilib.

Bülletendə deyilir: “Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Otuz müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyətə və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Mardakert, Martuni rayonları və Laçın dəhlizində üç marşrut xətti üzrə patrul xidməti həyata keçirilib. Rusiya sülhməramlılarının təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək insidentlərin qarşısının alınması üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır. Rusiya sülhməramlılarının komandanlığı STEPANAKERT-GORUS yolu (Laçın dəhlizi) ilə avtomobil nəqliyyatının maneəsiz hərəkətinin bərpası ilə bağlı Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar prosesini davam etdirir”.

Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyi Rusiya MN-in yaşayış məntəqələrimizin adlarını ermənicə göstərməsinə dəfələrlə sərt reaksiya bildirib. Hətta müvəqqəti sülhməramlı kontingentin komandanı Andrey Volkov buna cavab olaraq günahı Rusiya MN-in üstünə atmışdı. Göründüyü kimi, heç bir nəticə yoxdur. Son məlumatda üstəlik, “STEPANAKERT” sözü sanki Bakının acığına iri şriftlərlə verilib!

00000000-1.jpg (44 KB)

Politoloq Xəyal Bəşirov məsələ ilə bağlı Musavat.com-a şərhində bildirib ki, bu fakt Rusiya Müdafiə Nazirliyinin Azərbaycandan edilən haqlı etirazları nəzərə almadığının sübutudur. Rusiya Müdafiə Nazirliyi bununla həm 10 noyabr üçtərəfli bəyanatında Rusiyanın da öz üzərinə götürdüyü öhdəlikləri, həm 2022-ci il 22 fevral tarixində Azərbaycanla Rusiya arasında imzalanmış sazişin tələblərini, həm Rusiya dövlətinin Azərbaycanın suverenliyini tanımaq barədə qərarını, həm sülhməramlı missiyanın üzərinə düşən öhdəlikləri, həm beynəlxalq qanunları, həm də Azərbaycan Konstitusiyasını pozmaqda davam edir: “Rusiya Müdafiə Nazirliyi bu hərəkətlərini davam etdirməklə özünün sülhməramlı adlandırdığı hərbi kontingentinin Azərbaycan ərazisində qalma müddətini azaltmaqda, kontingentin Azərbaycan ərazisindən çıxarılması tarixini tezləşdirməkdədir. Belə davam edəcəklərsə, Azərbaycan tərəfi sülhməramlıların öz missiyalarından kənara çıxdıqlarını, separatçı ermənilərə ən müxtəlif istiqamətlədə dəstək verdiklərini, Rusiya Müdafiə Nazirliyinin isə yuxarıda qeyd etdiyimiz öhdəlikləri, həmçinin beynəlxalq qanunları və Azərbaycanın qanunlarını pozmasını hüquqi əsas göstərərək sülhməramlıların 2025-ci ildən tez Azərbaycan ərazilərini tərk etməsi məsələsini Rusiya qarşısında qaldıra bilər.

10 noyabr üçtərəfli bəyanatı da Azərbaycana bu hüququ verir. Yəni Azərbaycan tərəf kimi sülhməramlıların öz ərazimizdə fəaliyyətinin dayandırılması tələbini irəli sürmək haqqına sahibdir. Azərbaycan bu haqqından istifadə edərsə sülhməramlılar uzağı üç ay ərzində ərazimizi tərk etməlidirlər. Üçtərəfli bəyanatda bu məsələ əksini tapır. Ona görə də yaxşı olar ki, Rusiya hakimiyyəti Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın yaşayış məntəqələrinin adlarının dəyişdirərək təqdim etməsinin qarşısının alınması üçün lazımi addımlar atsınlar”.

 

Etibar Seyidağa
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR