İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Müdafiə nazirliyi ilk dəfə olaraq müqaviləli əsgərlərin sayını açıqlayıb - 640 min!

512 28.12.2023 17:52 Dünya A A


Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri ilk dəfə olaraq Rusiya Müdafiə Nazirliyi ordudakı müqaviləli əsgərlərin sayını açıqlayıb - 640 mindən çox.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin “Rəqəmlərlə Ordu – 2023” adlı hesabatında deyilir.

Dekabrın 14-də birbaşa xətt zamanı Vladimir Putin yeni səfərbərlik dalğası ilə bağlı sualı cavablandırarkən deyib ki, müharibəyə 486 min nəfər könüllü kimi cəlb olunub və onlardan hər gün xeylisi işə götürülür. Putin həmçinin bildirib ki, hazırda cəbhədə 244 min səfərbər olub, Ukraynadakı rus qruplarının sayı isə 617 min nəfərdir. "O zaman, səfərbərliyə niyə ehtiyacımız var?" – prezident əlavə edib.

Bu il dekabrın 1-də Vladimir Putin Rusiya ordusunda hərbi qulluqçuların sayının 170 min nəfər artırılması haqqında fərman imzalayıb. Fərmana əsasən, Rusiya Silahlı Qüvvələrinin gücü 2 milyon 209 min 130 nəfər, o cümlədən 1 milyon 320 min nəfər hərbi qulluqçu olacaq.

BBC Rus Xidmət i2023-cü ildə Rusiya hərbçilərinin Ukraynadakı itkilərinin 80 min olduğunu qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR