Rusiya millisinin ''Avro-2016'' üçün heyəti açıqlandı
Rusiya millisinin "Avro-2016"nın final mərhələsi üçün yekun heyəti açıqlanıb. ANS PRESS-in məlumatına görə, millinin baş məşqçisi Leonid Slutski aşağıda adları qeyd olunan futbolçuları yığmaya çağırıb.
Rusiya millisi "Avro-2016"nın final mərhələsində B qrupunda qərarlaşan İngiltərə, Uels və Slovakiya yığmaları ilə mübarizə aparacaq.
Millinin təcrübəli futbolçuları Yuri Jirkov və Oleq Kuzmin zədə səbəbindən "Avro-2016"nı kənardan izləyəcək.
Qapıçılar: İqor Akinfeev (CSKA), Qilerme ("Lokomotiv"), Yuri Lodıqin ("Zenit")
Müdafiəçilər: Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç, Qeorqi Şennikov (hamısı CSKA), Dmitri Kombarov ("Spartak"), Roman Noyştedter ("Şalke"), İqor Smolnikov ("Zenit"), Roman Şişkin ("Lokomotiv")
Yarımmüdafiəçilər: Aleksandr Qolovin, Alan Dzaqoyev, Roman Şırokov (hamısı CSKA), Denis Qluşakov ("Spartak"), İqor Denisov ("Dinamo"), Oleq İvanov ("Terek"), Pavel Mamayev ("Krasnodar"), Aleksandr Səmədov ("Lokomotiv"), Oleq Şatov ("Zenit")
Hücumçular: Artyom Dzyuba, Aleksandr Kokorin (hər ikisi "Zenit"), Fyodor Smolov ("Krasnodar")






