İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya mətbuatının rəhbəri ilə bağlı iri miqyaslı korrupsiya faktı irəli sürülüb

498 04.02.2020 16:52 Son xəbər A A

Ümumrusiya dövlət televiziya və radio yayım şirkətinin (rusca VQTRK) rəhbəri Oleq Dorodeyevlə bağlı yeni korrupsiya faktları ortaya çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə “Proyekt” portalı məlumat yayıb.

Saytın xəbərində Oleq Dobrodeyevin ailəsinin Moskva vilayətində olduqca bahalı və prestijli bölgə sayılan Rublyovo-Uspenskoe şossesində dəyəri 1,7 milyard rubla çatan (təqribən 27 milyon ABŞ dolları) iki torpaq sahəsinə malik olduğu bildirilir.

Ən böyük torpaq sahəsi Oleq Dobrodeyevin xanımı Marinaya məxsusdur. Onun adına “Balaton” qəsəbəsində iki min kvadrat metrlik malikanə və bir hektardan çox ərazi var. “Qorki-2” qəsəbəsində eyni ölçülərə malik ev və torpaq sahəsi isə təxminən 830 milyon rubl (təqribən 14 milyon ABŞ dolları) dəyərindədir.

Oleq Dobrodeyevin oğlu və həm də “Mail.ru Group” şirkətinin baş direktoru Boris Dobrodeyev xanımı ilə birlikdə Jukovka -21 qəsəbəsində dəyəri 865 milyon rubl olan (13 milyon 640 min ABŞ dolları) 60 sot torpaq alıblar.

“Proyekt” saytı kiçik Dobrodeyevin bu sahəni Aleksandr Ksenjuk adlı bir adamdan aldığını müəyyən edib. Bu həmin A.Ksenjukdur ki, Rusiya istintaq komitəsi onun haqqında Moskva vilayətinin Odintsovo rayonunda torpaq alqı-satqısı fırıldağı ilə əlaqədar cinayət işi açıb.

Məlum olduğu kimi, Oleq Dobrodeyevin başçılıq etdiyi dövlətə məxsus mediaholdinq hazırda ciddi ziyanla işləyir. 2018-ci ilsə VQTRK-nın ümumi zərəri 25 milyard rublu (394 milyon 900 min ABŞ dolları) ötüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR