İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya mətbuatı Azərbaycan millisinin çıxışı haqda

1781 16.10.2015 07:23 İdman A A
İki gün əvvəl başa çatan AVRO-2016-nın seçmə mərhələsinin yekunları müxtəlif ölkələrdə və fərqli prizmalardan müzakirə olunmaqdadı. Apasport.az saytının məlumatına görə, digər Avropa yığmaları kimi, Azərbaycan millisinin çıxışı də diqqətdən kənarda qalmayıb.
 
Rusiya mətbuatının seçmə mərhələ ilə bağlı dəyərləndirməsində də komandamıza yer verilib. Həmkarlarımız postsovet məkanı təmsilçilərinin seçmə mərhələdəki çıxışına toxunarkən, millimizi də yaddan çıxarmayıb: “Final mərhələsinə seçimin yüngülləşdirilməsi keçmiş SSRİ respublikalarının heç olmasa pley-offa yüksəlməsinə də imkan vermədi. Ukraynalılar növbəti dəfə həmin mərhələyə yüksəlibsə, Ermənistan öz ulduzları ilə seçmə mərhələni dəhşətli şəkildə batırıb, cəmi 2 xal topladı. Estoniya ilə Litva son turadək pley-offa nəzəri şanslarını qorusa da, başından yuxarı tullana bilmədi. Estoniya San-Marino ilə heç-heçə etdi. Latviya, Qazaxıstan, Belarus və Gürcüstan çoxdan ilk “üçlük” uğrunda mübarizədən qopdular. Azərbaycan favoritlərə dişini göstərməyə çalışmaqla məşğul olsa da, özü Malta ilə qarşılaşmada heç-heçə etdi. Moldova Rusiya ilə eyni qrupda xal paylayan oldu. Bir sözlə, heç nə dəyişmədi, bəziləri isə daha çox məyus etdi”.
 
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin 10 oyununda 6 xal toplayaraq, 5-ci yeri tutub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR