İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya məhkəməsi Ermənistan şirkətinin hesablarına həbs qoydu

451 07.11.2023 12:15 Son xəbər A A

Tümen Arbitraj Məhkəməsi Rusiyanın dördüncü ən böyük hava şirkəti olan “Utair” Hava Yollarının Ermənistana məxsus “Aquila Technics” MMC şirkətinin bank hesablarına həbs qoyulması ilə bağlı iddiasını təmin edib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, iddiada “Utair Aquila Technics” MMC-nin cari hesablarındakı vəsaitlərə və şirkətin əmlakına, iddia qiyməti həddində – 174,66 milyon rubl və 1,5 milyon dollar müsadirə şəklində ilkin müvəqqəti tədbirlərin görülməsini xahiş etmişdi və bu xahiş tam olaraq təmin edilib.

“Utair”in iddiasında imzalanmış müqavilə çərçivəsində yüz milyonlarla rubl vəsaitin Ermənistan şirkətinə köçürülməsinə baxmayaraq, onun müqavilədə nəzərdə tutulan təyyarə mühərriklərinin tədarükünü həyata keçirmədiyi, həmçinin ödənilən pulu belə geri qaytarmadığı qeyd olunurdu.

İddiadan aydın olur ki, müqavilə 2022-ci ilin may ayında imzalanıb. Sənəd Rusiya şirkətinə “Boeing” və “Airbus” mühərriklərinin tədarükünü nəzərdə tuturdu. Hansı ki, həmin vaxta qədər hər iki şirkət artıq öz məhsullarının Rusiyaya satışını qadağan etmişdi. Bu isə o deməkdir ki, Ermənistan şirkəti sanksiya altında olan malları Rusiya şirkətinə çatdırmaq öhdəliyi götürübmüş.

“Aquila Technics” MMC Ermənistanın paytaxtı İrəvandakı Zvartnots Beynəlxalq Hava Limanında yerləşir. Şirkət “Boeing 737CL” və “Airbus A320” təyyarələrinə texniki xidmət göstərir, “Air Arabia”, “Fly Dubai”, “Aegean” və “Qatar Airways” ilə əməkdaşlıq edir.

“Utair”in rəsmi saytında verilən məlumata görə, daşıyıcının donanmasına 3 “Boeing 767-200”, 17 “Boeing 737-800” və 6 “Boeing 737-400” təyyarələri daxildir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR