İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya məhkəməsi canlı yayımda plakat açan televiziya əməkdaşını cərmələyib

648 15.03.2022 21:35 Dünya A A

Məhkəmə Rusiyanın “Pervıy” televiziya kanalının canlı efirində Ukraynada müharibəyə qarşı etiraz edən Mariya Ovsyannikovanı cərimə edib.

APA-nın "Ria Novosti"yə istinadla xəbərinə görə, məhkəmənin qərarı ilə Ovsyannikova İnzibati Xətalar Məcəlləsinin 20.2-ci (icazəsiz tədbir keçirmə) maddəsi ilə təqsirli bilinərək 30 min rubl (450 manat) məbləğində cərimə olunub.

Ovsyannikova özünü təqsirli bilməyib.

Qeyd edək ki “Pervıy” Kanalın əməkdaşı Mariya Ovsyannikova martın 14-də xəbərlərin canlı yayımı zamanı kamera qarşısına çıxaraq, üstündə “müharibəyə yox” sözləri yazılmış plakat açıb və “müharibəni dayandırın!” şüarı səsləndirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR