Rusiya mediası Ukrayna prezidenti Volodimir Zelenskinin masasında guya kokain olduğu ilə bağlı saxta məlumat yayıb.
Musavat.com xəbər verir ki, görüntülərdə Zelenski kompüter qarşısında onlayn görüş keçirir, bu zaman digər kamera Ukrayna prezidentini çəkir. Zelenskinin masasında kokain olduğu görünür.
Ukrayna tərəfi isə qısa müddətdə həmin görüntünün orijinal variantını təqdim edib və masanın həmin hissəsinin boş olduğu, ağ maddənin montajla videoya əlavə edildiyi məlum olub.
Musavat.com hər iki - saxta və orijinal videonu təqdim edir:






