İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Mariupolu tutmaq üçün bir milyard xərcləyib - Pənah Hüseynlə “Canlı debat”

730 28.04.2022 13:36 Gündəm A A

Ukraynanın “Azov” alayı Rusiyanın Mariupoldakı müharibəyə təxminən nə qədər vəsait xərclədiyini hesablayıb.

Bu barədə Azov alayının komandir müavini, kapitan Svyatoslav Palamar videomüraciətində bildirib. “Bu gecə Mariupola qarşı külli miqdarda fosfor bombası, 50 hava hücumu, raket, artilleriya istifadə edilib. Yanacaq, avadanlıqlar, yemək və digər xərcləri nəzərə almasaq, Rusiya Mariupolda 1 milyard 111 milyon dollardan çox pul itirib”, - Ukraynalı hərbçi deyib.

Qeyd edək ki, Mariupol şəhəri Rusiya ordusu tərəfindən tamamilə ələ keçirilib.

Ermənistanda keçmiş prezident Robert Köçəryanın “Hayastan” müxalifət blokunun təşəbbüsü ilə 5 günlük yürüşlər davam edir. Ermənistan parlamenti spikerinin müavini, Daşnaksutyun partiyasının üzvü İşxan Saqatelyan deyib ki, bu yürüşlər 5 gün davam edəcək və yekun olaraq mitinq keçiriləcək.

Ermənistanda revanşist qüvvələr meydanlarda birləşərək xüsusən gəncliyi ayağa qaldırmağa, onları intiqam hissləri ilə yaşamağa, “Qarabağı satan” Paşinyan hakimiyyətinə qarşı çıxmağa təhrik edirlər. Bu qüvvələr başa düşür ki, artıq proses sülh müqaviləsi imzalanmasına doğru gedir. Bu prosesi durdurmasalar, özlərinin də üstündən bir xətt çəkiləcək. O səbəbdən hər keçən gün Paşinyan iqtidarını sarsıtmağa çalışırlar. Hətta mümkündür ki, artıq başqa yol qalmazsa, ya silahlı üsyan, ya da çevriliş etməyə cəhd göstərəcəklər, ya da Paşinyanın canına qıymaq varinatına da əl ata bilərlər. Nəşrin yazdığına görə, ümumiyyətlə, son vaxtlar Paşinyanın gərginliyi və qorxusu artıb. “Past” qəzeti yazır ki, hökumət qurumlarındakı mənbəynin bildirdiyinə görə, Paşinyanın təhlükəsizliyini təmin edən əməkdaşların sayı, bundan əvvəl də görünməmiş dərəcədə çox olmasına rəğmən daha 15 nəfər artırılıb.

“Bizdə olan məlumatlara görə, Paşinyan heç kimə etibar etmir. O daha çox şübhəçi olub və hamıdan özünü qoruyur. Səfərlər zamanı, o cümlədən görüşlərdən sonrakı qəbullarda o, son dərəcə ehtiyatlı davranır,”, - erməni qəzeti belə yazır.

Paşinyan hakimiyyətdən çəkilərsə və ya onu aradan götürərlərsə, sülh prosesi tam dayanacaq,bəlkə də bundan sonra illərlə irəliləyiş əldə edilməyəcək.

Məlumatlara görə, Moskvadan erməni müxalifətinin fəaliyyətini Kremllə koordinasiya etmək və Paşinyanı devirmək üçün razılıq almaq niyyəti baş tutmayıb. O halda Ermənistan müxalifətinin qızışdıran hansısa kənar qüvvələr varmı? Paşinyan təzyiqlər və ya “ümumermıni maraqları naminə” təhlükısizliyinə qarantiya alaraq, istefa verib sülh sazişindən çəkilərsə nə olacaq?

Bu və gündəmdəki digər xəbərləri Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR