İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Maliyyə Nazirliyi bir ayda Milli Rifah Fondundan 23 ton qızıl satıb

784 02.04.2024 22:55 Dünya A A

Son bir ayda Rusiya Maliyyə Nazirliyi fərdi layihələri maliyyələşdirmək üçün Milli Rifah Fondundan 23 tona yaxın qızıl satıb.

Musavat.com xəbər verir ki, bu məlumatı nazirlik bu gün açıqlayıb. Məlumata əsasən aprelin 1-nə Milli Rifah Fondunun hesablarına qeyri-nağd formada 334,863 ton qızıl yerləşdirilib. Bir ay əvvəl Maliyyə Nazirliyi fərqli rəqəm açıqlamışdı - 358,015 ton. Bu isə o deməkdir ki, bir ayda təxminən 23,15 ton qızıl satılıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən “İnterfaks”a satışın məqsədini açıqlayıblar: “Likvid hissənin idarə olunması çərçivəsində hesaba yerləşdirilmiş qızılın satışı həyata keçirilib, vəsait müəyyən layihələrin maliyyələşdirilməsinə sərf edilib”. Bu vəsaitlər indi Milli Rifah Fondunun qeyri-likvid hissəsində əks olunub və bu əməliyyat nəticəsində müvafiq məbləğdə artım olub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR