İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Krım tatarlarının fəallarını mühakimə edir

1302 13.05.2017 19:52 Son xəbər A A

Krımın köklü türk xalqı vaxtilə doğma diyarlarının Kreml tərəfindən işğalına etiraz etdiklərinə görə ağır bədəl ödəyirlər

Krım tatarlarının Rusiya işğalı altındakı qara günləri davam edir. Xatırladaq ki, Ukraynada 2013-cü ilin sonu, 2014-cü ilin əvvəllərindəki siyasi çalxantılar zamanı Krımın ruslar tərəfindən qeyri-qanuni olaraq ilhaqı üçün hazırlıqlar getdiyindən şübhələnən yerli türk xalqı buna etiraz etmək üçün etiraz aksiyaları keçirmiş, həmin aksiyalarda rus faşistləri ilə toqquşmalar qeydə alınmışdı.

Krım Rusiya tərəfindən saxta “referendum” yolu ilə işğala məruz qaldıqdan sonra Kreml həmin aksiyaların iştirakçıları ilə haqq-hesab çəkməyə başlayıb.

ABŞ-ın Foreign Policy jurnalında Lili Hayd tərəfindən qələmə alınan məqalə 2014-cü ilin fevralın 26-da, yəni Krımın rəsmən işğalına 1 ay qalmış baş verən aksiyalarla əlaqədar həbs olunan yerli fəal Əhdəm Çiygöz barədədir.

Məqalədə həmin hadisələrdə 13 mindən çox Rusiyayönümlü və Ukrayna tərəfdarı olan xeyli insanın iştirak etdiyi və 2 nəfərin həlk olduğu xatırldırlır.

İndi Kreml Əhdəm Çiygöz və onunla bərabər 5 Krım tatarını kütləvi iğtişaş törətməkdə günahlandırır.

Müəllifin yazdığına görə, məhkəmə Krımda Rusiyaya qarşı yalnız etnik türk azlığının çıxdığını nümayş etdirmək və onlara qarşı nifrəti daha da artırmaq məqsədilə keçirilir. İkinci məqsəd isə Krım tatarlarının Məclisinə qarşı repressiv tədbirləri daha da gücləndirmək və onu hər kəsin gözündən salmaqdır.

Ruslar prosesin olduqca gizli və rahat keməsini arzu edirmişlər. Lakin məhkəmə prosesi onların bununla bağlı ümidlərini puça endirib.

İttiham tərəfinin çağırdığı şahidlər Əhdəm Çiygözün əleyhinə ifadə verməkdən imtina ediblər. Təqsirləndirilən şəxslərdən ikisi isə onlara prokurorluq tərəfindən Çiygöz əleyhinə ifadə verməkdən ötrü təzyiq göstərildiyini bəyan ediblər.

Bundan başqa, məhkəmədə maraqlı məqam da ortaya çıxıb Məsələ burasındadır ki, həmin hadisələr baş verdiyi zaman Krım ən azı rəsmən, hətta Rusiyanın özünün də etiraf etdiyi kimi, Ukraynanın tərkibində sayılıb. Hadisə Ukraynanın ərazisində baş verdiyi üçün onun Ukrayna vətəndaşları sayılan iştirakçıları arasındakı hər hansı toqquşmaya görə məsuliyyət Rusiya qanunlarına görə müəyyən edilə bilməz.

Əhdəm Çiygöz və digərləri aksiyada iştiraklarını inkar etməsələr də, hər hansı iğtişaşın təşkili və icrası barədə irəli sürülən ittihamları qəti şəkildə rədd edirlər.

Ən maraqlısı isə Çiygözün əleyhinə şahid gətirilən şəxslərin məhkəmədə özləri ilə bərabər Rusiya dövlətini də ifşa etmələridir. Belə ki, onların bir çoxu həmin vaxtlarda “Rus vəhdəti” adlanan partiya tərəfindən yaradılan və həmin iğtişaşlarda istifadə olunan alət və vasitələlərlə təchiz etdirilən “yerli özünümüdafiə” təşkilatına mənsub olduqlarını gizlətməyiblər.

Məqalədə bəzi şahidlərin hətta həmin vaxtda törətdikləri əməllərindən utanc hissi keçirdiyi qeyd olunur.

“26 fevral mitinqində toqquşan iki tərəf və iki təşkilat olduğu halda yalnız Krım tatarları təqsirləndirilən şəxslərin skamyasında əyləşib”, - Lili Hayd yazır.

“Bu etnik ayrı-seçkilikdən başqa bir şey deyil, əsl seqreqasiyadır”, -Əhdəm Çiygözün vəkili Nikolay Polozov bildirir.

Yazıda Krımda rusların beyninin yerli tatarlara qarşı hər gün zəhərləndirildiyi qeyd olunur.

“Bu mənim fikrim deyil, mən ombudsmanam. Lakin Krım slavyanlarının əksəriyyətinin fikri budur ki, nəhayət, tatarları qanuna müvafiq surətdə yaşamağa məcbur edə biliblər. Bu isə həqiqətən çox xoşdur”, - Lyudmila Lyubina insan haqları üzrə müvəkkil kimi deyil, əsl şovinist millətçi kimi danışıb.

Müəllif Əhdəm Çiygöz və digərərinin taleləri barədə Krımda tatarlardan başqa heç kimin maraqlanmadığını bildirir. Tam əksinə Rusiyaının qara təbliğatı Krım türklərini qanunlara riayət etməyən, vəhşi insanlar kimi təsvir etməklə məşğuldur.

“Əgər Vladimir Vladimiroviç (Putin) olmasaydı biz tatarlarla üz-üzə qalacaqdıq. Bu isə dünyada ən dəhşətli hadisədir. (Krım türkləri yerli əhalinin cəmi 12%-ni təşkil edir-red.) Həmin mitinqdə tatarlar bizi öldürmək istəyirdilər”, - Simferopol aeroportunda suvenirlərlə alver edən İrina Antonova adlı qadın jurnalistə bildirib.

“Lakin məlum olub ki, həmin qadın ümumiyyətlə mitinqdə iştirak etməyib”, - Lili Hayd yazır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR