İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Krım körpüsünün partladılmasına belə cavab verdi - VİDEO

4637 08.10.2022 21:17 Hadisə A A

Ukrayna ordusu yaydan bəri hədəf aldığı Rusiya ilə Krımı birləşdirən Krım körpüsünü bomba yüklü yük maşını ilə partladıb.

Musavat.com xəbər verir ki, gündəmə də bomba kimi düşən bu hadisədən sonra rus ordusu əllərindəki Ukrayna əsgərlərinin görüntülərini paylaşaraq "Artıq təslim olmaq belə sizi xilas etməyəcək", - deyə bildiriblər.

Məlumat üçün bildirək ki, Krım körpüsündə baş verən partlayış nəticəsində 3 nəfər ölüb.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov partlayışla bağlı verdiyi açıqlamada bunları bildirib: "Rusiya Fövqəladə Hallar Nazirliyi və Nəqliyyat Nazirliyinin Krım körpüsündəki vəziyyətlə bağlı hesabatları Rusiya prezidenti Vladimir Putin və Rusiyanın baş naziri Mixail Mişustinə təqdim edilib. Putin partlayışı araşdırmaq üçün komissiyanın yaradılmasına göstəriş verib".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR