İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Kommunist Partiyası qulağında əriştə ilə Putini ələ salan deputatını cəzalandırmadı

549 13.04.2023 19:22 Son xəbər A A

Rusiya Federasiyasının Kommunist Partiyası Samara vilayət parlamentindəki fraksiyasının üzvü, Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müraciətini qulaqlarında əriştə ilə dinləyən Mixail Abdalkini cəzalandırmayacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Partiyanın regional təşkilatı Abdalkinin Kommunist Partiyasından xaric edilməsini və rəhbər vəzifələrdən azad olunmasını təklif edən Samara vilayət parlamentinə “ətraflı cavab” göndərib.

Cavabda Kommunist Partiyasının “müstəqil qərarlar qəbul etdiyini və digər partiyaların nümayəndələrinin onların fəaliyyətinə müdaxilə etmək hüququ olmadığı” vurğulanıb.

Xatırladaq ki, Mixail Abdalkin 2023-cü ilin martında Rusiya prezidentinin Federal Məclisdə müraciətini qulağında əriştə ilə baxan videonu sosial şəbəkələrdəki hesabına qoyub. Rusca “вешать лапшу на уши” kimisə həyasızlıqla aldatmaq mənasını verir. Kommunist deputat bu yolla Putinin söylədiklərinə etiraz etmək istəyib. Lakin Abdalkin videoda heç bir söz deməyib və "Tamamilə dəstəkləyirəm, tamamilə razıyam, əla ifadır. Son 23 ildə belə bir şey eşitməmişəm”, - kimi şərh yazıb.

Vilayət məhkəməsi buna görə, onu “Rusiya hakimiyyətini gözdən salmaq maddəsi ilə” 150 min rubl cərimələyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR