İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya kəşfiyyatı ABŞ-ın Moldovada növbəti “rəngli inqilab” hazırladığını iddia edir

428 20.10.2020 18:19 Dünya A A



“ABŞ Moldovada bu ilin noyabr ayında keçiriləcək prezident seçkiləri öncəsi yeni inqilabi ssenari hazırlayır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəhbəri Sergey Narışkin yerli mediaya deyib.

“Moldovanın hazırkı dövlət başçısı İqor Dodon rəsmi Vaşinqtona sərf etmir. Çünki o, Rusiya da daxil olmaqla MDB ölkələri ilə konstruktiv münasibətlər tərəfdarıdır”,-deyə S. Narışkin vurğulayıb.

Onun sözlərinə görə, Kişinyovda fəaliyyət göstərən amerikan diplomatları artıq indidən yerli müxalifəti etiraz aksiyalarına hazırlayır. Bundan başqa ABŞ kəşfiyyatçıları Moldovanın güc strukturları arasında mitinqlər olduğu təqdirdə “xalqın tərəfinə keçməsi” və “aksiyalara mane olmaması” üçün iş aparırlar.

XKX direktorunun iddiasına əsasən, indidən Moldovaya “rəngli inqilablar” üzrə ixtisaslaşmış xüsusi mütəxəssislər göndərilib.

Xatırladaq ki, Moldovada prezident seçkiləri bu il noyabr ayının 1-də keçiriləcək. İndiki prezident İqor Dodondan başqa seçkilərdə 7 siyasətçi, o cümlədən, keçmiş baş nazir Maya Sandu yarışacaq. Son rəy sorğuları qalibin birinci turda müəyyənləşməyəcəyini göstərib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR