İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə Səudiyyə Ərəbistanı OPEC+ xartiyasını imzalayacaqlar

262 14.10.2019 16:51 İqtisadiyyat A A

Rusiya ilə Səudiyyə Ərəbistanı iyul ayında imzalanmış OPEC+ uzunmüddətli əməkdaşlıq xartiyasını oktyabrın 14-də imzalayacaqlar.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin Səudiyyə Ərəbistanına dövlət səfəri çərçivəsində keçirilən ikitərəfli sərmayə forumundakı çıxışında Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib.

“Səudiyyə Ərəbistanı Krallığının təşəbbüsü ilə Rusiya Federasiyasında OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlıq xartiyası hazırlanaraq bu ilin yayında nazirlərin Vyanadakı altıncı görüşündə qəbul olunub. Ölkələrimiz arasında uzun müddətli əməkdaşlığı, müştərək hədəflərimizi ehtiva edən bu sənəd bu gün imzalanacaq. Söhbət təkcə bazarın tarazlığı üçün hasilatın dəyişdirilməsindəki qarşılıqlı fəaliyyətdən yox, ilk növbədə bu sahədə iki və çoxtərəfli formatdakı birgə əməkdaşlığımıza əsaslanan daha geniş qarşılıqlı fəaliyyətdən gedir” – deyə rusiyalı nazir qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR