İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə Qərb arasında sıxışan Ermənistan son nəfəsliyini qapadır: Asim Mollazadə “Canlı”da

1015 27.07.2021 15:08 Gündəm A A

Ermənistan silahlı qüvvələri dövlət sərhədimizə bir neçə istiqamətdən təxribatları davam edir. Paşinyanın seçkilərdəki qələbəsindən sonra politoloqların əsas rəyi bundan ibarət idi ki, Ermənistan artıq müharibə ritorikasını yerə qoyaraq daha çox iqtisadi maraqları aspektindən çıxış edəcək. Regionda Rusiyanın, Türkiyənin, Azərbaycanın ortaq maraqlarına xidmət edən və Ermənistanın özü üçün də xilas yolu olan regional layihələrə qoşulacaq. Lakin hazırda gözlənilənlərin əksinə olaraq Paşinyanın Rusiya xəttindən tamamilə imtina edərək, Qərbin, xüsusən də Fransanın sifarişi ilə regionda gərginliyi artırmağa yönəlik addımları davam edir. Bəs, Paşinyan 44 günlük müharibədə zənglərinə cavab verməyən “dostlarının” bu dəfə hansı vədinə aldanıb? Proseslər bu cür davam edərsə Zəngəzur dəhlizi məsələsi necə olacaq?

Bütün bu məsələləri və izləyiciləri narahat edən digər sualları Musavat TV-nin saat 15:10-da canlı yayınında “Müzakirə Masası” proqramında aparıcı Nərgiz Liftiyeva ilə deputat Asim Mollazadə şərh edəcək. Verilişdə digər iqtisadi mövzulara da nəzər salınacaq.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR