İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə Azərbaycan arasında 5 sənəd imzalandı

5943 14.08.2013 09:57 Ölkə A A
Putini xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, enerji naziri Aleksandr Novak, fövqəladə hallar naziri Vladimir Puçkov, nəqliyyat naziri Maksim Sokolov, iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, “Rosoboroneksport”un baş direktoru Anatoli İsaykin, Rusiyanın Xəzər dənizi üzrə çoxtərəfli danışıqlardakı nümayəndə heyətinin rəhbəri İqor Bratçikov, “Rosneft” və “Lukoyl”un rəhbərləri İqor Seçin və Vahid Ələkbərov müşayiət ediblər.
Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidentini Zuğulbadakı iqamətgahında qarşılayıb. Bundan sonra prezidentlər arasında təkbətək görüş olub. Təkbətək görüş başa çatdıqdan sonra prezidentlər nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə də bir araya gəliblər.
“Ötən il qarşılıqlı ticarət dövriyyəsinin inkişafı 47 faiz təşkil edib, bu, bizim üçün rekordlardan biridir. Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi rekord templə inkişaf edir”. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Putin İlham Əliyevlə görüşdə deyib. O bildirib ki, Rusiya Azərbaycanla ticarət-iqtisadi əlaqələrdə lider ölkələrdən biridir: “Bu sahədə ikinciyik, ticarət dövriyyəsi artır. Ən xoşagələn də odur ki, ticarət dövriyyəsinin strukturu da həm Azərbaycan, həm də Rusiya tərəfdən olduqca yaxşıdır”. 
Azərbaycan prezidenti rusiyalı həmkarının səfərinə böyük əhəmiyyət verdiklərini, görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərin geniş spektrinin müzakirə olunduğunu vurğulayıb: “Müzakirə olunacaq mövzular geniş, əməkdaşlığımız çoxsahəlidir və demək olar ki bütün sahələri - qarşılıqlı iqtisadi fəaliyyət, humanitar, nəqliyyat sahələrini, regional təhlükəsizlik məsələlərini əhatə edir. Bütün məsələlər üzrə mövqelərimiz çox yaxındır”. 
Putin razılıqla vurğulayıb ki, Azərbaycanda rus dilinin inkişafına, rusca təhsilin saxlanmasına və bu sahədə birgə işə çox böyük diqqət yetirilir, məktəblərdə rus dili tədris olunur, Rusiya ali məktəblərinin filialları fəaliyyət göstərir. 
Geniş tərkibdə görüşündən sonra Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olub. “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə ”Neftyanaya kompaniya “Rosneft” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş"i və “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə ”Neftyanaya kompaniya “Rosneft” Açıq Səhmdar Cəmiyyəti arasında neft nəqlinin əsas şərtləri"ni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Neftyanaya kompaniya ”Rosneft" Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri İqor Seçin imzalayıblar.
Digər sənədlər mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, eləcə də humanitar sahədə əməkdaşlıq məsələlərini əhatə edir. Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında 2013-2015-ci illər üçün kompleks əməkdaşlıq planı imzalanıb. İki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov 2015-ci ilədək humanitar sahədə əməkdaşlıq proqramını imzalayıblar.
Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq aktiv inkişaf edir və artım tendensiyasına malikdir. 
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu İlham Əliyev Putinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Hazırda Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın həcmi 4 milyard dollar təşkil edir”, - deyə dövlət başçısı vurğulayıb.
O, bu əməkdaşlığın aktiv şəkildə davam edəcəyinə əminliyini ifadə edib: “Azərbaycan artıq dünyada haqlı olaraq ən yaxşılardan sayılan Rusiya texnikasının alıcısı olan aparıcı ölkələr sırasındadır”. Prezident Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirib ki, Azərbaycan torpaqlarının işğalı 20 ildən artıqdır davam edir. Onun sözlərinə görə, işğal olunmuş ərazilərdə dağıdılması mümkün olan hər şey dağıdılıb: “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə işğalçı Ermənistan silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələb olunub. Lakin bu qətnamələr hələ də kağız üzərində qalır.” Azərbaycan prezidenti ATƏT-in Minsk Qrupunun sədri kimi Rusiyanın nizamlama prosesində mühüm rol oynadığını vurğulayıb.
Putin isə Xəzər regionunun əməkdaşlıq regionuna çevrilməsi üçün dənizin probleminin tezliklə nizamlanmasının tərəfdar olduğunu deyib.
Rusiya prezidenti qeyd edib ki, hələlik həllini tapmamış çox problem qalır: “Buraya təhlükəsizlik, sərhədlərin bölünməsi, Xəzər dənizinin biomüxtəlifliyinin qorunub saxlanması və digər məsələlər daxildir. Biz bu məsələlərin həllində və təbii ki, bütün region ölkələrinin maraqları nəzərə alınmaqla həllində maraqlıyıq”, - deyə o bildirib.
Xarici mətbuat Putinin Bakı səfəri haqda
Rusiya prezidenti Vladimir Putin artıq Bakıdadır. Kreml başçısının Azərbaycana səfəri bu ərəfədə xarici KİV-lərin də diqqət mərkəzində olub. 
Məsələn, mir-politika.ru səfərin birgünlük olmasına diqqət çəkərək və prezidentin köməkçisi Yuri Uşakovun açıqlamasına istinadən xəbər verir ki, ölkə başçıları arasında danışıqlardan sonra ikitərəfli sənədlərin imzalanması mərasimi olacaq. 5-6 sənədin imzalanması gözlənilir. 
Lakin Uşakov razılaşdırma prosesi mərhələsində olmasını əsas gətirərək imzalanacaq sənədlərin adlarını açıqlamaqdan imtina edib. Yalnız onu qeyd edib ki, söhbət xüsusilə də energetika sahəsində sənədlərin anlaşmasından gedir. 
Bu xüsusda bildirilir ki, keçən il Azərbaycandan Rusiya ya 1,55 milyard kub metr təbii qaz satılıb. Cari ilin yanvar-iyun ayları ərzində isə qaz satışının həcmi 0,88 milyard kub metr təşkil edib. Azərbaycanda 500-dən çox Rusiya şirkəti təmsil olunub. 
“Başqa sahələrdə də qarşılıqlı əlaqələr davam edir. Azərbaycan MDB-də Rusiyanın ənənəvi tərəfdaşlarından biridir. İki dövlətin qarşılıqlı münasibətləri intensiv siyasi dialoqla, aktiv ticarətlə, regionlararası və mədəni əlaqələrlə xarakterizə olunur. İkitərəfli ticarət dövriyyəsi artmağa stabil olaraq meyllidir. 2012-ci ilin yekunlarına görə, dövriyyə 10,8 % - 3,4 milyard dolara qədər artıb, yanvar-may ayları ərzində isə 50 %-ə qalxıb. Rusiya Azərbaycanın aparıcı xarici iqtisadi partnyorudur”, - deyə Uşakov əlavə edib.
Rusiya və Azərbaycan arasında həmçinin parlamentlərarası, XİN-lər arası əlaqələrin genişləndiyi, regionlararası əlaqələrin möhkəmləndiyi, təhsil sahəsində əməkdaşlığın dərinləşdiyini vurğulanır. 
Bildirilir ki, Bakı danışıqları zamanı prezidentlər 31 Siyasi müşahidəçilər səfərin önəmi kimi Putini xarici işlər naziri Sergey Lavrovun, müdafiə naziri Sergey Şoyqunun və Rusiyanın iri biznesinin nümayəndələrinin təmsil eləməsinə də diqqət yönəldiblər. 


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR