İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya idmançılarının 2016 Yay Olimpiya oyunlarına buraxılmaması məsələsi böyüyür

1663 19.06.2016 16:45 İdman A A
Rusiya idmançılarının Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək Yay olimpiya oyunlarına buraxılmaması barədə xəbərlər ciddiləşir.

Musavat.com-un Rusiya xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putinlə Beynəlxalq Olimpiya Komitəsinin prezidentli Tomas Bax arasında telefon danışığı olacağı barədə gedən informasiyaları şərh edib.

Peskov belə bir danışığın mövcud olması haqqında məlumatı olmadıqlarını söyləyib.

Xatırladaq ki Almaiyanın Spiegel qəzeti bütövlükdə Rusiya idmançılarının olimpiya oyunlarına buraxımayacağı barədə informasiya yayıb.  

Alman qəzetin xəbərinə görə Komitənin iclasının gündəliyi hələ müəyyənləşməyib. Rusiya idmançılarının taleyi isə Putinlə Tomas Baxın arasında gedəcək danışıqdan sonra bilinəcək.

Xatırladaq ki Beynəlxalq Yüngül Atletika federasiyası rus yüngül atletlərini olimpiyadada iştirakdan artıq məhrum edib.

Beynəlxalq Olimpiya komitəsi də bu qərarı dəstəkləyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR