İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya İctimai Palatasının sədri Azay Quliyevə cavab məktubu göndərdi

758 31.10.2013 14:23 Son xəbər A A

Rusiya Federasiyası İctimai Palatasının sədri Yevgeni Velixov Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevin Yeqor Serbakovun ölümündə təqsirləndirilərək şübhəli şəxs kimi həbs edilən Orxan Zeynalovla əlaqədar məktubuna cavab verib. 

Şuranın mətbuat xidmətindən verilən məlumata görə, Yevgeni Velixov cavab məktubunda bildirib ki, Rusiya ictimaiyyəti Orxan Zeynalovun həbsi ətrafında yaranmış vəziyyətdən çox narahatdır. Bununla əlaqədar İctimai Palata Rusiyanın daxili işlər naziri V.A. Kolokolçevə və baş prokuror Y.Y.Çaykaya müraciət edib. Y. Velixov qeyd edib ki,  baş verən bu hadisə yalnız Azərbaycana yönəlik deyil, ümumilikdə Rusiyada olan miqrasiya probleminin təzahürüdür. İctimai Palata hazırda istintaqla bağlı vəziyyəti nəzarət altında saxladığını və prosesin gedişatı ilə bağlı şuranı gələcəkdə də məlumatlandıracağını bildirib.

Qeyd edək ki, Azay Quliyev oktyabrın 18-də rusiyalı həmkarına rəsmi məktubla müraciət etmişdi. Müraciətdə məişət zəminində baş vermiş hadisənin milli müstəviyə çıxarılmasından, Orxan Zeynalovun hüquqlarının kobud şəkildə pozulması və zorakılığa məruz qalmasından ciddi narahatlıq ifadə edilmişdi.

E.SEYİDAĞA


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR