Altay, musavat.com
Rusiya hərbi təyyarəsi Estoniya hava sərhədini pozub
Estoniya Xarici İşlər Nazirliyi bir rus hərbi təyyarəsinin ölkənin hava sərhədini pozmasına görə Rusiyaya nota verildiyini bildirib.
Musavat.com-un Anadolu agentliyinə istinadən verdiyi məlumata əsasən Estoniya Müdafiə Nazirlyindən verilən açıqlamada sərhəd pozulmas faktının Rusiyaya aid An-26 tipli hərbi təyyarəsininin Finlandiya körfəzində Estoniyanın Vaindloo adası yaxınlığında uçması zamanı qeydə alındığı bildirilib.
Açıqlamada beynəlxalq hava sahəsində uçmalı olan rus təyyarəsinin Estoniyanın hava hüdudlarında 1 dəqiqədən az qaldığı və pilotların Estoniya hava xidməti ilə təmasa keçmədiyi göstərilib.
Qeyd olunur ki, bu il Rusiya təyyarəsinin Estoniyanın hava hüdudlarını pozması ilə bağlı artıq 3 fakt qeydə alınıb.






