RUSİYA HƏRBİ KƏŞFİYYATI QAFQAZI YAXINDAN İZLƏYİR
Son vaxtlaradək onun binasının yeri və rəhbərliyinin kimliyi də məxfi saxlanılırdı. Lakin “QRU”nun yaradılmasının 90 illik yubileyi ilə bağlı yazılı açıqlama ilə çıxış edən Korabelnikov deyib ki, onun başçılıq etdiyi qurum yeni Rusiyanın üzləşə biləcəyi hərbi təhlükələrə və hədələrə preventiv reaksiya potensalını diqqətlə araşdırır, həmçinin dünyadakı hərbi siyasi situasiyanın necə inkişaf edə biləcəyinə dair proqnozlar hazırlayır. Korabelnikovun sözlərinə görə, bura ABŞ-ın raketdən müdafiə sisteminin elementlərini Polşa və Çexiyada yerləşdirmək planları, Cənubi Qafqazda situasiya, xüsusən Tiflisin “davam edən təcavüzkar siyasəti” ilə bağlı Cənubi Osetiya və Abxaziya ətrafındakı vəziyyət, NATO və ABŞ-ın Gürcüstanla Ukraynanı alyansın sıralarına cəlb etmək səyləri, habelə Rusiyanın təhlükəsizliyinə birbaşa dəxli olan digər məsələlər daxildir. “Bizim əsas vəzifəmiz odur ki, Rusiyanın milli təhlükəsizliyinə yarana biləcək təhlükələrlə bağlı ölkə rəhbərliyini vaxtında və səhih informasiyalarla təchiz edək”. Korabelnikov “QRU”da xidmət edən hərbi kəşfiyyatçıların, o cümlədən bu qurumun xüsusi təyinatlı bölmələrinin bundan sonra da terror hədələrinə qarşı mübarizə aparacağını bildirib.






