İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hərbçilərinin Ukrayna əsirləri güllələməsi iddia olunur

687 21.11.2024 10:04 Dünya A A

Ukrayna Baş Prokurorluğu Rusiya hərbçilərinin iki Ukrayna əsirini soyunduraraq güllələdiyini iddia edir.

Musavat.com xəbər verir ki, məlumata görə, hadisə 10 noyabrda Donetsk vilayətinin Pokrovsk rayonunda, Novodmitrovka kəndi yaxınlığında baş verib.

İddiaya əsasən, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin iki döyüşçüsünü əsir götürdükdən sonra onları tamamilə soyundurublar. Daha sonra əsirləri avtomatların lüləsi altında meşəlikdən keçirərək güllələyiblər.

Bundan əlavə, eyni mövqedə daha üç yaralı Ukrayna əsgərinin Rusiya Silahlı Qüvvələri tərəfindən öldürülməsi faktı da araşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR