İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hərbçiləri 8 Gürcüstan vətəndaşını saxlayıblar

630 18.08.2019 17:15 Region A A

Ötən gün Gürcüstanda Tsxinvali bölgəsinin inzibati sərhədi yaxınlığında Rusiya hərbçiləri Qori rayonunun səkkiz sakinini saxlayıblar.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, həmin şəxslər “sərhədi” qanunsuz keçməkdə təqsirləndirilirlər.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına əsasən Qori sakinləri təcridxanada saxlanılırlar. Gürcüstan vətəndaşları ilə bağlı məhkəmənin keçiriləcəyi gözlənilir.

Gürcüstan vətəndaşlarının saxlanılması ilə bağlı ölkənin Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq ictimaiyyətə müraciət edərək, Rusiya hərbçilərinin qanunsuz hərəkətlərinin dayandırılması üçün effektiv tədbirlər həyata keçirməyə çağırıb.

XİN-dən qeyd olunub ki, işğal xəttində tez-tez təkrarlanan təxribat və insidentlər təhlükəzizlik baxımından vəziyyəti gərginləşdirir və münaqişədən zərər çəkən kəndlərdə onsuz da çətin olan humanitar durumu ağırlaşdırır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR