İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya gəmisindən 9.5 ton kokain çıxdı :11 dənizçi həbs olundu

1992 03.02.2019 18:23 Son xəbər A A

Balaca ada dövlət olan Kabo-Verdedə hakimiyyət orqanlarının göstərişi ilə Rusiyaya məxsus gəmidə axtarış aparılıb. Yerli polis 9.5 tondan çox kokain aşkar edilərək müasdirə olunub. Hadisə ilə bağlı 11 rusiyalı dənizçi həbs olunub.

Yerli televiziya müsadirə olunmuş kərpic formalı kokain bağlamalarını nümayiş etdirib. Bağlama plastik materialla örtülü olub.

Ada-dövlətin məmurları deyib ki, gəmi Cənubi Amerikadan gəlib və Mərakeşə gedəcəkmiş. Ancaq Rusiya gəmisi dənizçilərdən birinin ölməsi səbəbindən ada-dövlətin sahilərinə yan alıb. Kabo-Verde polisinə Portuqlaiya və Fransa polisi də yardım göstərib.

Qeyd edək ki, bu balaca dövlət Portuqaliyanın müstəmləkəsi olub. Elə indi də yarım milyon insanın yaşadığı adada portuqal dilində danışırlar.

Rusiyanın "Interfax" agentliyi isə Rusiya səfirliyindəki mənbəyə istinadən bildirib ki, həbs olunan dənizçilərin tezliklə məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Bugünlərdə isə İtaliya polisi bəyan etmişdi ki, son 25 ildə ən böyük həcmdə- 2.1 ton kokain aşkar edib. Hadisə Genuya limanında baş verib.

Elbəyi Həsənli
Musavat.com

Xəbərin orijinalı bu linkdə : https://www.dw.com/en/cape-verde-seizes-95-tons-of-cocaine-russian-sailors-arrested/a-47335072

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR