İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ermənistanla dəmir yolu əlaqəsini kəsir

1515 21.09.2019 00:10 Region A A

“Rusiya Dəmir Yolları” (RJD) dövlət şirkəti Ermənistandakı bütün fəaliyyətini kəsmək niyyətindədir.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, şirkət bunu düşmən ölkənin dəmir yollarını idarə edən və RJD-nin törəmə müəssisəsi sayılan “Cənubi Qafqaz dəmir yolu” şirkətində aparılan yoxlamalarla izah edib.

Qeyd olunur ki, ilk dəfə 2018-ci ilin avqustunda “Cənubi Qafqaz Dəmir Yolları”nın ofisində 19 min dollarlıq vergi qaçırılması ilə bağlı olaraq istintaq-axtarış tədbirləri keçirilib. Həmin vaxt baş nazir Nikol Paşinyan bunu sadə hüquqi proses adlandırmışdı.

Lakin elə həmin ilin dekabrında Ermənistanın İstintaq komitəsinin Xüsusilə mühüm işlər üzrə idarəsində ölkənin keçmiş nəqliyyat naziri müavininə qarşı cinayət işi qaldırılıb. 2018-ci ilin son ayında istintaq komitəsi Cənubi Qafqaz Dəmir Yolları şirkətinə qoyulan 226,8 milyon dollarlıq investisiyanın doğru yönə xərclənmədiyi, daha doğrusu mənimsənildiyini bəyan edib. Bununla əlaqədar şirkətə qarşı 7 adda cinayət işi qaldırılıb.

Rusiya tərəfi isə erməniləri nankorluqda suçlayır. Onların sözlərinə görə, şirkətin bütün hesabları “PricewaterhouseCoopers” audit şirkəti tərəfindən yoxlanlııb və hökumətə məruzə edilib.

İndi isə iş hökumətlərarası səviyyəyə çıxıb. Rusiya tərəfi öncə Ermənistanın baş nazirnin müavini Mger Qriqoryana qaldırılan bütün cinayət işlərin dayandırılmasını tələb edib, əvəzində investisiya qoyuluşlarına davam edəcəklərini bildirib. 

Lakin Ermənistan tərəfinin razılaşmaması işi bütün əlaqələrin kəsilməsinə doğru aparır. Rusiya nəqliyyat nazirinin müavini Vladimir Tokarev RTVİ saytına verdiyi müsahibədə aparılan cinayət işinin qərəzli və əsassız olduğunu söyləyərək Ermənistanın dəmir yolları üzərindəki idarəçilikdən əl çəkəcəklərini deyib.  Bu isə Ermənistanda 3 min adamın işdən çıxarılacağı anlamına gəlir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR