İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ermənistanın KTMT-dən çıxacağından narahatdır?-Mixail Qaluzin cavab verdi

583 15.02.2024 16:41 Siyasət A A


“Rusiya Ermənistanın təhlükəsizliyinin təmin edilməsi baxımından KTMT mexanizminə alternativ görmür”

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində danışıb.

“Bizə görə, KTMT-də qalmaq və təşkilat daxilində tam hüquqlu məsləhətləşmələrə, müzakirələrə qayıtmaq ilk növbədə Ermənistan xalqının və Ermənistan dövlətinin maraqlarına cavab verir. Obyektiv olaraq, fikrimizcə, Ermənistanın təhlükəsizliyinin təmin edilməsi baxımından KTMT mexanizminin görünən alternativi yoxdur. Üstəlik, KTMT-yə üzv ölkələr həmişə İrəvana yardım göstərməyə açıq olub və belə də qalır. Vaxtilə Ermənistana hərbi-texniki xarakterli yardımlar, ixtisaslaşmış kadrların hazırlanması ilə bağlı dəstəklər, Ermənistanla Azərbaycan arasında sərhədyanı rayonlara KTMT-nin monitorinq missiyasının göndərilməsi təklif edilmişdi. Amma təəssüflər olsun ki, həmin mərhələdə bu ideya və təkliflər bəyənilmədi və həyata keçirilmədi.

Biz ondan çıxış edirik ki, Cənubi Qafqazın gələcəyi bu regiona aid ölkələr tərəfindən müəyyən edilməlidir. Nə ABŞ, nə Fransa, nə də Aİ ölkələri həmin ölkələrə aid olunmur. Müvafiq olaraq, biz qeyri-regional qüvvələrin, regiona cəlb edilməsini istəmirik.

Qərbin maraqları Cənubi Qafqazda Ermənistana Azərbaycanla münasibətləri normallaşdırmağa, davamlı sülh və sabitliyə nail olmaqda kömək etməklə deyil, Rusiyanı bu prosesdən sıxışdırıb çıxarmaq və onun sərhədlərinin bilavasitə yaxınlığında növbəti gərginlik mənbəyi yaratmaqla bağlıdır”,-deyə Rusiya rəsmisi qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR