İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ermənistanın KTMT-də fəaliyyətini bərpa edəcəyini gözləyir

318 08.02.2024 14:20 Dünya A A

Rusiya Ermənistanın KTMT-də normal fəaliyyətini bərpa edəcəyini gözləyir.

Musavat.com erməni mediasında istinadla xəbər verir ki, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Pankin Ermənistanın təcili olaraq KTMT-nin işinin normal və tamhüquqlu çərçivəsinə qayıtmasının təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılmasına kömək edəcəyini bildirib.

“Biz hamımız KTMT-nin fəaliyyətinin və onun hərbi-siyasi birlik kimi effektivliyinin daha da təkmilləşdirilməsində maraqlıyıq. Təbii ki, buna Ermənistanın tez bir zamanda təşkilat daxilində normal və tam işinə qayıtması kömək edərdi”, - nazir müavini qeyd edib.

Bununla belə, o təəssüfləndiyini bildirib ki, “erməni müttəfiqləri indiyə qədər həqiqətən də KTMT-dən uzaqlaşıblar”.

Nazir müavini təşkilatı tənqid etmək əvəzinə İrəvandakı həmkarlarını siyasi və ekspertlər səviyyəsində aktual məsələləri müzakirə etməyə çağırıb.

Pankinin sözlərinə görə, Moskva ondan çıxış edir ki, KTMT çərçivəsində Ermənistanla qarşılıqlı hörmət əsasında dialoqun davam etdirilməsi İrəvanın təhlükəsizlik sahəsində maraqlarına uyğundur və Avrasiya məkanında, o cümlədən Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasına xidmət edir.

Qeyd edək ki, son vaxtlar Ermənistan KTMT-nin müxtəlif məkanlarında keçirilən tədbirləri boykot edib və üzv dövlətlərin başçıları, xarici işlər nazirləri, Təhlükəsizlik Şurasının katibləri və parlamentariləri səviyyəsində son görüşlərdə iştirak etməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR