İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ermənistana silah almaq üçün 200 milyon dollar verəcək

2139 27.06.2015 14:33 Dünya A A
Rusiya Ermənistanda hərbi arsenalını müasir silahlarla təmin etməkdən ötrü 200 milyon dollar kredit verəcək. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Ermənistan prezidenti Serj Sərkisyanın mətbuat xidməti dövlət başçısının Rusiyanın nəqliyyat naziri ilə görüşündən sonra məlumat yayıb.

“Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasında Ermənistana 200 milyon dollar kredit verilməsini nəzərdə tutan müqavilənin imzalanması razılaşdırılıb. Bu məbləğ Ermənistan silahlı qüvvələrinin arsenalını silsilə müasir silah növləri ilə genişləndirməyə imkan verəcək”, - mətbuat xidmətinin məlumatında qeyd edilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR