İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya-Ermənistan hərbi-siyasi ittifaqı qorunmalıdır” - “Erməni qartalları”

567 26.02.2024 12:53 Son xəbər A A

“Rusiya-Ermənistan hərbi-siyasi ittifaqını və erməni-rus qardaşlığını xilas edin, qoruyun, inkişaf etdirin, onu əzizləyin”.

Musavat.com xəbər verir ki, bu barədə “Erməni qartalları” adlı partiyanın sədri Xaçik Asryanın bəyanatında deyilir.

“1988-ci ildən başlayaraq Ermənistanın əsl hərbi-siyasi müttəfiqi Rusiya olub və təxminən 35 ildir ki, mən Rusiya-Ermənistan münasibətlərinin möhkəmləndirilməsi və inkişafı üçün əlimdən gələni etmişəm. Son 5 ildə iki ölkə arasındakı hərbi-siyasi ittifaqın səviyyəsi tarixi minimuma endirilib. Lakin indi bu qardaşlığın göz bəbəyi kimi qorunması lazımdır”, - deyə Asryanın bəyanatında bildirilir.

Yeri gəlmişkən, “Erməni qartalları. “Vahid Ermənistan” adlı bu qurum vaxtilə 44 günlük savaşda iştirak etdiyini, habelə Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar savaşda öz üzvlərini Rusiyanın tərəfində vuruşmaq üçün göndərdiyini hər yerdə fəxrlə car çəkir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR