İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya əhalisi sürətlə azalır- STATİSTİKA

1416 05.07.2024 16:38 Dünya A A

Rusiya Federasiyasının əhalisi sürətlə azalmağa davam edir. 2024-cü ilin əvvəlindən Rusiyanın əhalisi 177,9 min nəfər azalıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Rosstat”ın (Federal Statistika Xidməti) sosial-iqtisadi vəziyyətlə bağlı hesabatında deyilir.

Qeyd edək ki, bu, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 1,5 dəfədən çox çoxdur.  “Rosstat” hesab edir ki, hazırda Rusiyada düz 146 milyon insan yaşayır.

Verilən informasiyalara görə, ölümlər doğuşdan 1,6 dəfə çox olub (bir il əvvəl 1,5 dəfə). 2024-cü ilin yanvar-aprel aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 min nəfər az doğum (396,5 min nəfər), lakin bir il əvvəlki ilə müqayisədə 27 min nəfər çox (4 ayda 622,7 min nəfər) ölüm halı qeydə alınıb.

Yanvar-aprel aylarında ruslar bir il əvvəlkindən 9,6 min az nikaha daxil olublar. Elə  boşanma hallarında da azalma o qədər də güclü deyil- 213 min.

 Şimali Qafqaz, xüsusilə Dağıstan, Çeçenistan və Şimali Osetiyada boşanmaların sayına görə vəziyyət anomal hala gəlib. Adı çəkilən vilayətlərdə boşanmalar nikahlardan 2-3 dəfə çoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR