İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya dünyaya meydan oxuyur, vətəndaşlarının isə meyvə və geyim almağa pulu yoxdur

1855 24.04.2021 15:04 Dünya A A

Rusiya vətəndaşları qiymət və inflyasiyanın yüksəlməsi ucbatından əsas ərzaq qidalarına daha pul xərcləməyə başlayıblar.

Musavat.com xəbər verir ki, bu barədə “Kommersant” qəzetində məlumat yayılıb. Qəzet bununla bağlı “Tinkoff Data” araşdırma mərkəzinin ortaya çıxardığı rəqəmləri yazıda əks etdirib.

2021-ci ilin fevral ayında rusların çörək məhsulları, kök, portağal və kələmlə bağlı xərcləri 40% azalıb. Bundan başqa, RF vətəndaşları kartofa 30%, ətə 25%, una və donuz ətinə 13% daha az pul xərcləyib. Bu sahədə liderlik almaya məxsusdur-60%. Lakin şəkərə olan ehtiyac 18% artıb.

Ekspertlərin fikrincə, burada əsas səbəb inflasiyanın həddən artıq artmasıdır. Rusiya Federal statistika xidmətinin məlumatlarına görə, təkcə bu ilin fevral ayında ötən ilə nisbətən istehlak səbətində 16% bahalaşma qeydə alınıb. Özü də minimal yaşayış həddi üçün indeksləşdirmə sadəcə 7,5% civarında aparılıb.

Analitiklərin rəyinə əsasən, rusların 50%-i öz istehlak tələbatlarını yenidən gözdən keçirməyə başlayıb. Respondentlərin 25%-i artıq daha az alış-veriş etdiklərini, ancaq qiymət endirimlərini izlədiklərini söyləyiblər. Vətəndaşlardan yalnız 20%-i keyfiyyətli məhsul almağa üstünlük verdiklərini bildiriblər.

“Aton” investisiya qrupunun təsisçisilərindən Viktor Dimanın qəzetə verdiyi rəyə görə, ərzaq inflyasiyası son 5 ilin ən yüksək dərəcəsini yaşayır. Üstəlik bu situsiyanın yaxın illərdə dəyişməsi gözlənilmir.

Ruslar təkcə ərzaqda deyil, geyim məmulatlarında da keyfiyyəti aşağı salıblar. Bütün bunların fonunda Rusiya vətəndaşlarının vergi, rüsum və cərimələrə ödənişləri artıb. 2021-ci ilin fevral ayında dövlətin bu cür yollarla vətəndaşlarından qopardığı məbləğdə 10% yüksəliş qeydə alınıb.

Özü də statistik rəqəmlərə əsasən 17,8 milyon rusiyalı hazırda minimal yaşayış həddindən aşağı gəlirə malikdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR