İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya dronları NATO ölkəsinin səmasında - Qırıcılar havaya QALDIRILDI

1776 24.10.2024 10:21 Dünya A A

Rumıniya radarları bir həftə ərzində üçüncü dəfə Rusiyaya məxsus pilotsuz təyyarələri ölkənin hava məkanında aşkar edib.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Qeyd olunub ki, bu gecə Ukrayna ilə sərhəddə yerləşən Konstansa və Tulça şəhərləri üzərində iki pilotsuz təyyarənin siqnalı qeydə alınıb.

Rumıniyanın “F-16” qırıcıları havaya qalxsa da, PUA-lar radardan itməzdən əvvəl onlarla vizual əlaqə qurulmadığından, qarşısını almaq mümkün olmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR