İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya dövlət kanalının bu reportajı erməniləri qəzəbləndirdi - VİDEO

6397 06.02.2024 10:29 Siyasət A A

Rusiya dövlət televiziyası olan "Rossia 1" kanalının Azərbaycana dair reportajı erməniləri qəzəbləndirib.

Musavat.com xəbər verir ki, ölkəmizdəki seçkilərə dair reportaj hazırlayan kanal Qarabağda, Zəngilanın Ağalı kəndində yenicə məskunlaşan soydaşlarımızdan açıqlamalar alıb.

Reportajda obyektiv olaraq, ilk dəfə Azərbaycanın bütün ərazisində seçki keçiriləcəyi vurğulanıb, erməni vandalizmini əks etdirən fraqmentlər yayınlanıb. Bunlar da erməni KİV -lərini və ictimaiyyətini qəzəbləndirib. Onlar bu reportajı yayınlayaraq, Rusiyanı, Rusiya dövlət rəhbərliyini Azərbaycanın tərəfini tutmaqda suçlayırlar.

Həmin reportajı biz də təqdim edirik. İşğalçı Ermənistanı qəzəbləndirən bu kadrları yaymağa və baxmağa dəyər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR