İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Dövlət Duması hərbi təyyarələrin Suriyada yerləşdirilməsini nəzərdə tutan sazişi təsdiqləyib

913 07.10.2016 21:21 Dünya A A
Rusiya Dövlət Duması ölkənin Hərbi Hava Qüvvələrinin Suriya ərazisində yerləşdirilməsinə dair Rusiya-Suriya hökumətlərarası sazişi təsdiqləyib.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, sənədin lehinə 446 deputat səs verib.
 
Ratifikasiya olunmuş qanun layihəsinə əlavədə göstərilir ki, Suriya tərəfinin istəyi ilə aviaqruplar Latakiya vilayətindəki Hmeymim aerodromunda yerləşdirilir: “Suriya ərazisində olan Rusiya aviaqrupunun saxlanması regionda sülh və sabitliyi təmin etmək məqsədi daşıyır. Bu, hər hansı ölkəyə qarşı yönəldilməyib”.
 
Oktyabrın 12-də sənəd Federasiya Şurasında müzakirəyə çıxarılacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR