İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bu ölkədə nüfuzunu İTİRİR FOTO

1017 07.11.2023 10:40 Dünya A A

ABŞ-ın təzyiqi ilə Serbiyanın əsas kəşfiyyat xidməti olan Təhlükəsizlik və İnformasiya Agentliyinin rəhbəri Aleksandr Vulin istefa verib.

Musavat.com "TV Pink" telekanalına istinadən xəbər verir ki, o, bunu ABŞ və Aİ-nin Serbiyaya qarşı sanksiyalar tətbiq etməmək şərti kimi izah edib.

"Özüm istefa vermək qərarına gəldim, bundan sonra prezidentə məlumat verdim. ABŞ və Aİ Serbiyaya qarşı sanksiyalar tətbiq etməmək üçün şərt olaraq mənim istefamı tələb edir. Mən Serbiyaya təzyiq səbəbi olmaq istəmirəm. Mənim istefam ABŞ və Aİ-nin siyasətini dəyişməyəcək, əksinə, yeni tələbləri və şantajı ləngidəcək", - deyə Vulin bildirib.

Məlumata görə, anti-Qərb və qəti şəkildə Rusiya tərəfdarı olan Aleksandr Vulin korrupsiya, narkotik ticarəti və Rusiyanın Balkanlarda zərərli fəaliyyətinə yardım etmək ittihamları ilə ABŞ-ın sanksiyalar siyahısına daxil edilib.

KMO_096855_34186_1_t245_220220.jpg (45 KB)

Ekspertlərin fikrincə, Serbiya prezidenti Aleksandr Vuçiç yalnız Qərbin təzyiqi altında öz yaxın müttəfiqini qurban verməli olub.

Onların sözlərinə görə, ABŞ-a baş əymək Belqradın Moskvaya qarşı əvvəlki siyasətindən əl çəkməsi demək deyil, sadəcə olaraq Qərbin yeni sanksiyalarından qaçmaq cəhdidir.

Qeyd edək ki, Aleksandr Vulin bir ildən az müddət ərzində Təhlükəsizlik və İnformasiya Agentliyinin direktoru vəzifəsində çalışıb. Dekabrda əsas kəşfiyyat xidmətinə rəhbərlik etməzdən əvvəl o, əvvəlcə Müdafiə Nazirliyinə, sonra isə Daxili İşlər Nazirliyinə rəhbərlik edib. Ona görə də onu haqlı olaraq prezidentin yaxın çevrəsindən nüfuzlu şəxs adlandırırlar.

Məlumata görə, Aleksandr Vulin qəti şəkildə anti-Qərb və Rusiya tərəfdarı olduğunu heç vaxt gizlətməyib.

Son illərdə o, Rusiyaya bir neçə dəfə səfər edib və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb. Vulin may ayında Moskvada Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etdiyinə görə Birləşmiş Ştatların kəskin tənqidinə məruz qalıb.

Diplomatik mənbələr Aleksandr Vulinin ABŞ-ın qara siyahısına daxil edilməsini Qərbdən Serbiya prezidentinə onun çevrəsindəki rusiyayönlü kadrlardan qurtulmağın vaxtı çatdığına dair aydın siqnal kimi qiymətləndirir.

Birləşmiş Ştatlar Aleksandr Vulinin Serbiyanın əsas kəşfiyyat xidmətinin direktoru vəzifəsindən istefasını alqışlayıb.

ABŞ-ın Balkanlar üzrə emissarı Qabriel Eskobar Vaşinqtonun Serbiya hökumətinin kadr məsələlərinə qarışmadığını qeyd edərək deyib ki, Vulin uzun müddət regionda sabitliyi pozan fiqur olub.

Oxşar bəyanatı Amerikanın Belqraddakı səfirliyi də yayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR