İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bizə Qarabağda hansı pis sürprizi hazırlaya bilər? - Arzuxan Əlizadə ilə Taleh Şahsuvarlı "Canlı debat" VİDEO

1465 18.01.2021 14:00 Gündəm A A

Rusiya bizə Qarabağda hansı pis sürprizi hazırlaya bilər? - Arzuxan Əlizadə ilə Taleh Şahsuvarlı "Canlı debat"

Ölkə gündəmi yenə Qarabağla doludur. Rusiya bizə Qarabağda pis sürpriz hazırlaya bilərmi? Rusiya sülhməramlılarını "xortdan" kimi qələmə verənlər nə qədər haqlıdırlar? Moskvaya arxayın olaqmı? Yoxsa tədbirimizi, önləmimizi daha artıqlamasıyla alaq?
Son Moskva görüşü bizi Qarabağda daha da möhkəmləndirdi, yoxsa zəiflətdi? Putin sağ göstərib, sol vurur, yoxsa...?

Prezident İlham Əliyevin Şuşa səfərinə beynəlxalq və regional reaksiyalar bitmir. Səfər dünyaya hansı mesajı verdi?

Cəmiyyətdə yeni müzakirələr var: müharibədən sonra ölkədə üzə çıxan problemləri görməzdən gələk, ya qabardıb həllinə nail olaq? Axı biz Qarabağın quruculuğu ilə məşğul olmalıyıq? O halda...necə davranmalı?

Prezident Şuşada Ermənistanla dostluq edən müsəlman ölkələri sərt tənqid etdi. İran başda olmaqla indiyədək Ermənistanla yaxın müansibətdə olan müsəlman ölkələr hansılardı? İ.Əliyevin ismarışı İranaydımı?
Dövlət Baxçəlinin Şuşada məktəb açmaq təklifi reallaşacaqmı?

Bu və digər sualları bu gün debat formatında, AMİP sədri Arzuxan Əlizadə və müharibədən yenicə qayıtmış baş redaktor Taleh Şahsuvarlı ilə müzakirə etdik. 

Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR