İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Baş Qərargah rəisi və NATO-nun Hərbi Komitəsi sədrinin Bakıda görüşü olub -YENİLƏNİB

685 26.11.2019 19:41 Siyasət A A

Bu gün Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç arasında görüş olub.

Musavat.com apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, görüşdə Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması, habelə hərbi ekspertlər arasında dialoqun bərpasının perspektivləri müzakirə olunub.

“Tərəflər Avropanın təhlükəsizliyinə dair fikir mübadiləsi aparıb, NATO-Rusiya təmas xəttində insidentlərin qarşının alınması üçün mümkün tədbirləri, o cümlədən hərbi ekspertlər arasında dialoqunun bərpasının perspektivlərini, həmçinin böhranlı bölgələrdə vəziyyəti müzakirə ediblər”, - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

***

Bakıda NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piçin və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov arasında görüş keçiriləcək.

Musavat.com xəbər verir ki, bu barədə NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşü zamanı bildirib.

Stüart Piç Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşün keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR