İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya baş naziri istefaya gedir - Putinin inauqurasiyasına hazırlıq  

1676 06.04.2024 23:36 Gündəm A A

Vladmir Putin martın 15-17-də keçirilən prezident seçkisində  bütün rəqiblərini əhəmiyyətli dərəcədə üstələyərək 87,28% səslə qalib gəldi.   2030-cu ilə qədər dövlət başçısı vəzifəsini Putin icra edəcək. Rusiyanın seçilmiş prezidentinin andiçmə mərasimi isə bir ay sonra-mayın 7-də baş tutacaq. 2000-ci ilə qədər inauqurasiya Kremlin  Qurultaylar Sarayında,  sonrakı illərdə isə Böyük Kreml Sarayının Andyevskaya zalında keçirilir. 

Prezidentin Protokol Xidməti andiçmə mərasiminə kimlərin dəvət ediləcəyini  müəyyən edilir. Mərasimdə hökumət üzvləri, parlamentin hər iki palatasının üzvləri,  Prezident  Administrasiyasının rəhbərləri, Konstitusiya Məhkəməsinin hakimləri, Mərkəzi Seçki Komissiyasının üzvləri, diplomatik korpus nümayəndələri dəvət olunurlar.  

Rusiya Konstitusiyasının 116-cı maddəsinə əsasən,  elə həmin gün  Rusiya hökuməti öz səlahiyyətlərini ölkənin yeni seçilmiş prezidentinə dövr edərək  istefaya gedəcək. Eyni zamanda, Nazirlər Kabinetinin üzvləri yeni hökumət formalaşana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər. 

Növbəti gün, mayın 8-də Dövlət Duması yeni baş nazirin namizədliyinə baxacaq.  Dövlət Duması onun namizədliyini təsdiq etdikdən sonra yeni Nazirlər Kabineti formalaşacaq. 

put.jpg (448 KB)

Kremlə yaxın jurnalistlərin əldə etdiyi xəbərə görə,  Vladimir Putinin inauqurasiya mərasimində dəbdəbəli “Aurus Senat”ın yeni versiyasının nümayiş olunacaq.

Xatırladaq ki, 2018-ci ildə  inauqurasiya mərasimində  Putin ilk dəfə Rusiya istehsalı olan limuzindən istifadə edilib. Putin bu avtomobillə   ofisinin yerləşdiyi Kremlin əsas binasındakı  mərasimə gedib.

SQ73fvCpk6M.jpg (632 KB)

Rus premium Aurus limuzinini hazırlayarkən mühəndislər sovet dövründə yüksək vəzifəli şəxslər üçün yaradılmış və özünəməxsus və əzəmətli üslubu ilə seçilən əfsanəvi “ZIS-110” avtomobilindən yararlanıblar. Layihənin baş dizayneri və FSUE NAMI Style Mərkəzinin rəhbəri Yuri Çernenko da “Aurus” adının müsabiqədən sonra seçildiyini və bu zaman 10 variantın təklif edildiyini bildirib. “Ad seçərkən əsas meyar onun mütləq yeniliyi və orijinallığı idi. Aurus “Russo-Balt” və ya “ZIL” kimi ənənəvi adlardan fərqli olaraq, həqiqətən yeni və məna kəsb edən yeganə seçim idi” deyə, o bildirib.  

2023-cü ilin payızında Dövlət Dumasının Şurası deputatların yalnız yerli avtomobillərdən istifadə etməsi ilə bağlı yekdil qərar qəbul edib. Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin sözlərinə görə, bu tədbir yerli avtomobil sənayesinin inkişafı üçün daha yaxşı şərait yaradacaq, çünki “büdcə vəsaitləri ölkədə qalacaq”.

Musavat.com    

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR