İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Baş Kəşfiyyat İdarəsinin haker qrupu Ermənistanda dövlət qurumlarına hücum edib

369 26.12.2023 16:46 Region A A

Rusiya Baş Kəşfiyyat İdarəsinə (QRU) məxsus "Fancy Bear" haker qrupu bu ilin yayında Ermənistan, Ukrayna və Tacikistanda dövlət qurumlarına hücumlar həyata keçirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə informasiya təhlükəsizliyi üzrə yerli ekspert Samvel Martirosyan dekabrın 26-da jurnalistlərlə görüşündə danışıb.

Onun sözlərinə görə, bu haker qrupu 10 il ərzində bir neçə dəfə Ermənistana, o cümlədən dövlət qurumlarına ciddi hücumlar gerçəkləşdirib.

“Biz bunu beynəlxalq təşkilatın dərc etdiyi hesabatdan bilirik”, - deyə Martirosyan vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR