İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya Avropa Şurası qarşısında öhdəliklərini tam yerinə yetirməyincə Assambleyaya qayıtmayacaq"

594 26.01.2016 06:39 Dünya A A
Rusiya Avropa Şurası qarşısında öhdəliklərini tam yerinə yetirməyincə Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtmayacaq.
 
APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, bunu AŞPA-da liberal və demokrat qrupunun lideri, ispaniyalı deputat Hordi Şukla bəyan edib.
 
“Rusiyanın tədricən AŞPA ilə əlaqələri səngiyir. Artıq iki ildir ki Rusiya üzrə məruzəçilər lazımı səviyyədə fəaliyyət göstərmirlər”, deyə H.Şukla bildirib.
 
Onun sözlərinə görə, hazırda AŞPA Rusiyanın Assambleyaya qayıtmasını nəzərdən keçirmir: “Quruma yeni prezidentin seçilməsi də bu prosesi sürətləndirməyə imkan vermir”.
 
AŞPA-nın 2014-c il aprel sessiyasında Rusiya Krımı ilhaq etməsi ilə əlaqədar səsvermə hüququndan məhrum olunub və  Assambleyanın bütün rəhbər orqanlarından  xaric edilib.
 
Buna etiraz olaraq Rusiya nümayəndə heyəti AŞPA-nın son üç sessiyasında iştirak etməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR