İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya aviaşirkətləri beynəlxalq reysləri həyata keçirməkdə davam edir

1055 17.03.2022 15:43 Son xəbər A A

Rusiya aviaşirkətləri beynəlxalq reysləri həyata keçirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, ölkənin altı aviaşirkəti Azərbaycan, Türkiyə, Ermənistan, Belarus, Qırğızıstan, BƏƏ, Tacikistan və Özbəkistana, ümumilikdə həftədə 250 reys olmaqla, uçuşları davam etdirir. Eyni zamanda, 20 ölkənin 29 aviaşirkəti Rusiyaya uçuşlar həyata keçirir.

Uçuşlar Rusiya istehsalı olan 147 “SSJ100” təyyarələri, eləcə də həbs qoyulmaq təhlükəsi olmayan təyyarələrlə yerinə yetirilir.

Xatırladaq ki, Ukraynada vəziyyətə görə sanksiyalarla əlaqədar Rusiya Hava Nəqliyyatı Agentliyi martın 6-dan xarici reyestrlərdə olan təyyarələrin beynəlxalq uçuşlar yerinə yetirməsinə qadağa qoyub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR