Rusiya Asiya İnfrastruktur İnvestisiyaları Bankına üzv olmaq niyyətindədir
Rusiya Çinin təsis etdiyi Asiya İnfrastruktur İnvestisiyaları Bankına (Asian Infrastructure Investment Bank, AIIB) üzv olmaq niyyətindədir.
“APA-Economics”in məlumatına görə, bunu Rusiya baş nazirinin müavini İqor Şuvalov deyib.
Çinin maliyyə naziri Lou Tszivei bildirib ki, İ. Şuvalovun bu bəyanatı Çin rəhbərliyi tərəfindən müsbət qarşılanıb.
Eyni zamanda, Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard bəyan edib ki, onun rəhbərlik etdiyi maliyyə institutu AIIB ilə əməkdaşlığa hazırdır.
Qeyd edək ki, AIIB 2014-cü ildə Çində yaradılıb. Onun nizamnamə kapitalı 100 mlrd. ABŞ dolları təşkil edir. Bankın məqsədi Asiya-Sakit okean regionunda infrastruktur layihələrinin maliyyələşdirilməsidir.






