İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya aktivlərinin dondurulmasının dollara mənfi təsiri qeydə alınmayıb – FED rəhbəri

263 07.03.2024 00:22 Dünya A A

ABŞ Federal Ehtiyat Sistemi (FED) bəyan edib ki, ABŞ-ın Rusiya aktivlərini dondurmaq qərarı dollara və Amerika bank sisteminə etimada mənfi təsir göstərmir.

Bu barədə FED-in sədri Cerom Pauel məlumat verib.

Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsində keçirilən dinləmələrdə millət vəkilləri ondan Rusiya aktivlərinin dondurulmasının ABŞ “dollarının üstünlüyünə və mərkəzi bank sisteminə inama” mənfi təsir göstərib-göstərmədiyini soruşublar. Pauell isə dondurulma qərarından ötən 2 ildə hansısa mənfi təsirin qeydə alınmadığını bildirib.

Qeyd edək ki, Ukraynada işğalçı müharibə başladıqdan sonra Aİ, ABŞ, Yaponiya və Kanada Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub. Bunun təxminən 5-6 milyard dolları ABŞ-da yerləşir, böyük hissəsi Avropada, o cümlədən Belçikadakı Euroclear beynəlxalq platformasındadır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR