Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yenidən Azərbaycanı ittiham edən ifadələr səsləndirib.
Zaxarova Azərbaycanı Qarabağda erməni dinc sakinin ölümündə günahkar bilib. O, insidentlərin baş verməməsi üçün Rusiya sülhməramlılarının Azərbaycan və Ermənistan baş qərargahları ilə fasiləsiz qarşılıqlı əlaqədə olduğunu söyləyib. Azərbaycanı ittiham etməklə bərabər Zaxarova Ağdərə bölgəsini “Mardakert rayonu” olaraq təqdim edib.
Azərbaycan Müdafiə Nazirliyi Ordumuzun atəşi nəticəsində Ağdərə istiqamətində traktor sürücüsünün ölməsi barədə məlumatı rəsmən təkzib edib.
Prezident İlham Əliyev Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətindən ümumən razıdır. Amma rəsmi Bakının narazı olduğu məqamlar da var.
Prezident İtaliya mediasına müsahibəsində Azərbaycanın sülhməramlıların fəaliyyətində hansı nüanslardan narazı qaldığını açıqlayıb.
Dövlət başçısı bildirib ki, Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar.
Həmsədrlər isə özlərinə “iş tapdı”- Qarabağa dair böyük sülh razılaşması...ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağa dair böyük sülh razılaşması üzərində işləyirlər. Bu haqda Fransanın Ermənistana yeni təyin edilmiş səfiri Ann Luyo jurnalistlərə bildirib.Səfir təfərrüatları açıqlamayıb, amma deyib ki, Fransa Rusiya və ABŞ-la birlikdə Qarabağa dair uzunmüddətli razılaşmanın əldə edilməsi üzərində işi davam etdirir.
Bu gün BMT məhkəməsi Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddia ilə bağlı dinləmələr keçirib. Ermənistan tərəfi real həqiqətləri saxtaşaldıraraq, guya Azərbaycanın erməni əsirlərə işgəncə verdiyini bildirib. Azərbaycanın nifrət ritorikasına son qoymalı və ermənilərə mədəni azadlıq verməli olduğu da səsləndirilib.
Azərbaycanda ermənilərin hüquqlarının pozulduğunu həyasızcasına iddia edən düşmən Azərbaycanın “erməni silahlı qüvvələrinin çoxsaylı üzvlərini və etnik erməni əsilli mülki şəxsləri əsir götürdüyünü, işgəncələrə məruz qoyduğunu”, “erməni mədəni irsini və dini yerlərini məhv etdiyini” qeyd edib.
ABŞ Dövlət Departamenti isə İranı bölgədə sabitliyi pozan amil adlandırsa da, Baydenin Tehranla nüvə sövdələşməsinə qayıtmaq istəyindən irəli gələrək susmağa üstünlük verdiyi ehtimalı səslənir. Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays deyib ki, İran sabitliyi pozan amildir.
ABŞ artıq bir müddətdir ki, davam edən gərginlikdə İranın hədə tonunu, qoşunlarını strateji müttəfiq hesab etdikləri Azərbaycan sərhədlərinə hərbi təlimlər bəhanəsi ilə toplamasını susqunluqla müşahidə edir.
TVMusavat-ın saat 16:10-da canlı yayınında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Vətəndaş - Tədqiqat və İnkişaf” İctimai Birliyinin sədri Günel Səfərova ilə son prosesləri təhlil edirik. Müzakirələrə tamaşaçılarımız da qatıla bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






