İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus teleaparıcı Azərbaycana səyahət edənlər üçün maraqlı məsləhətlər verdi

1656 20.07.2018 18:58 Ölkə A A

Məşhur teleaparıcı Marqarita Mitrofanova “Moya planeta” telekanalının  “Bir gün şəhərdə” telelayihəsi çərçivəsində Bakıda olub.

“Səyahət özü bir mədəniyyətdir. Lakin dünyanı dərk etmək üçün bir sıra biliklərə malik olmaq şərtdir”, - aparıcı belə hesab edir.

- Sizin Bakı səyahətinizdən bir müddət keçib. İlk təəsüratlar artıq geridə qalıb. Bəs, bu şəhər və onun sakinləri ilə tanışlıqdan hansı xatirələrdən danışa bilərsiniz?

- Mən qonaqpərvərlik üzrə dünya çempionatını ziyarət etdim. Kimlə söhbət etdimsə, hamısı çox mehriban və gülərüz idi. İlk dəfə Azərbaycan torpağında oldum və bunu deyə bilərəm ki, Azərbaycan biz rusiylalılar üçün olduqca yaxın və tanış Şərqdir. Burada telekameradan uzaq real həyat məni olduqca təsirləndirdi. Hətta jurnalist olduğumu və film çəkdiyimi bilmədən Bakı bazarında mənə, özü də ürəkdən olduqca dadlı şeylər hədiyyə etdilər.

İndi sizə dəhşətli  bir şey deyim (pıçıltı ilə): dünyada ən dadlı kabablar Azərbaycanda hazırlanır (gülümsəyir). Bunu yavaşca dedim ki, qonşu Gürcüstanı incitməyim. Oranın mətbəxi də əladır, ancaq hər halda ən dadlı ət Azərbaycandadır.

- Özünüzlə nəsə xatirə üçün suvenir götürdünüz?

- Azərbaycan paytaxtında alış-veriş etmək ayrıca mövzudur. Bakının mərkəzində münasib qiymətlərlə lazım olan, zövqə uyğun hər şey almaq mümkündür. Bunların birində mən yeni dəbdə olan çalma aldım. Heç bilirsiz, Bakıda keçirdiyim gündən sonra hansı arzumu gerçəkləşdirmək ağlıma gəldi?

- Hansı?

- İndi mən Azərbaycanın başqa şəhərlərini də gəzəcəyəm. Əlbəttə, Bakı bütün Azərbaycan demək deyil. Biz həmişə bir ölkəni paytaxtına görə dəyərləndiririk. Lakin bu, düzgün deyil. Paytaxt sadəcə, həmin ölkənin “parad qapıları”dır. Lakin hələ şəlalələr, çaylar, dağlar da var. Azərbaycanın milli parklarının birində gəzən çəhrayı flaminqolar haqqında hekayələr məni çox həyəcanlandırır. Onları gözlərimlə görmək istərdim.

Mənim Azərbaycana istirahət üçün gələn insanlara birinci və əsas məsləhətim ondan ibarətdir ki, onlar sadəcə, bir günü paytaxtda keçirsinlər, qalan günlərini isə kiçik şəhərlərə və ölkənin görməli yerlərinə səyahətə sərf etsinlər.

- Rita yəqin ki, sizin bizim oxucularımıza başqa faydalı məsləhətləriniz də var. Bu yay sezonunda hansılar daha aktualdır?

- Böyük məmnuniyyəltə öz sirlərimi sizlərlə paylaşıram. Onlar yalnız Azərbaycan üçün deyil, digər ölkələrə səyahət zamanı da yararlı ola bilər.

  1. Əgər istidirsə, su içməyi unutmayaq. Çantanızda həmişə bir şüşə su olsun.
  2. Özünüzlə çoxlu pambıq köynəklər götürün. Bakıda güclü küləklər əssə də, olduqca isti havası var və dəyişkən köynəklərin çox olmasının ziyanı yoxdur.
  3. Spirtsiz pivə susuzluğu yatırır və güc verir.
  4. Əgər mədəniz üsyana qalxmışsa, yəni zəhərlənmə olmuşsa, kola için.

Minval.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR