İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus spiker Qazaxıstana qarşı ərazi iddiası irəli sürdü (FOTO)

2133 10.04.2014 22:50 Siyasət A A


ANS PRESS-in məlumatına görə, Vladimir Ştıqaşev iclasda söyləyib: “Tarixçilərin çoxu son 70 ilin tarixindən bir şey bilmir. Şərqi Qazaxıstan vilayəti və ya filizli Altay. Filizli Altay həmişə Rusiyanın tərkibində olub. Qazaxıstanın ərazisi kiçik olub, İşim vilayətinin (Omsk vilayətinin) bir hissəsini ona vermək qərara alınıb. Verdilər və Karaqanda şəhərini saldılar. Bütünlükdə, biz Qazaxıstana beş vilayət verdik və bundan sonra Qazaxıstan Muxtar Sovet Sosialist Respublikası muxtariyyətdən çıxarılaraq Qazaxıstan Sovet Sosialist Respublikasına çevrildi. Bu ərazini xırda pul kimi verdilər”, - deyə Vladimir Ştıqaşev vurğulayıb. 

Qazaxıstanın tanınmış ictimai xadimi Murat Auezov Vladimir Ştıqaşevin çıxışından ciddi narahat olub və Qazaxıstan Xarici İşlər Nazirliyinin bununla bağlı Rusiyaya nota yollamasının vacibliyini bildirib. Onun fikrincə, Xakas parlamentinin spikerinin çıxışı Qazaxıstanın ərazi bütövlüyünə təcavüzdür. 

Qazaxıstanın xalq yazıçısı Muxtar Şaxanov da onu dəstəkləyib. Onun sözlərinə görə, həmin torpaq uğrunda qazax xalqı qan töküb: “Lazım olsa, xalq qalxacaq. Qazaxıstan Ukrayna deyil. Bizdə heç zaman Krım alınmayacaq! Qoy bunu bizim Rusiya və Çindəki qonşularımız bilsin”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR